Almaniyaya səfər etmiş Misir prezidenti Məhəmməd Mursi ölkəsində cərəyan edən olaylarda qərb dövlətlərini günahlandırıb. Almaniyaya səfər etmiş Misir prezidenti Məhəmməd Mursi ölkəsində cərəyan edən olaylarda qərb dövlətlərini günahlandırıb.

Prezident Qərbin siyasətini bəyənmədi

Almaniyaya səfər etmiş Misir prezidenti Məhəmməd Mursi ölkəsində cərəyan edən olaylarda qərb dövlətlərini günahlandırıb.



Mursi bəyan edib ki, həmin bu qərb dövlətləri on illər ərzində xalqına zülm etmiş rejimləri dəstəkləyıb. Misir liderı qərb dövlətlərini siyasi və iqtisadi maraqlarını üstün tutmaqla, haqqı pozulmuş xalqların hüquqlarının qorunmağina göz yummaqda ittiham edib.

Bərabər hüquqlu dialoqun gercəkləşməsini istəyən Mursi sadaladığı vəziyyətin qəbul edilməyəcəyini diqqətə catdirib. Gərgin vəziyyətlə bağlı Almaniya səfər proqramıni qisaldan dövlər başçisi artiq gecə saatlarında Qəhirəyə qayıdıb.

Bu arada son bir gün ərzində paytaxt Qahirə və digər Misir şəhərlərində 4 nəfər özbaşınalığın qurbani olub. Onlarla yaralının olduğu bildirilir. Məlumatı Misir Səhiyyə nazirliyinin rəsmi nümayəndəsi Əhməd Omr təstiqləyib.