Avstraliyanın Cənubi Uels ştatında ana 2 oğlunu çaya gətirərək, boğmağa çalışıb. Avstraliyanın Cənubi Uels ştatında ana 2 oğlunu çaya gətirərək, boğmağa çalışıb.

Pitbull ananın boğmağa çalışdığı uşağı xilas etdi - Tükürpədici hadisə (Foto)

Avstraliyanın Cənubi Uels ştatında ana 2 oğlunu çaya gətirərək, boğmağa çalışıb.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, ana 5 və 9 yaşlı oğlanlarını Murrey çayına gətirərək, onlardan canını qurtarmaq istəyib. Onlarla bərabər çaya Baddi ləqəbli itləri də gəlib.

Uşaqlar çaya düşəndən sonra, ana kiçik oğlunu suda boğmağa başlayıb. Böyük oğul bunu görən kimi, anasının qarşısını almağa çalışsa da, bacara bilməyib. Ana böyük oğlunu da boğmağa çalışanda, pitbul hücum edərək, onu dişləyib. Ana istəyinə çatmayıb.

Bundan sonra ana polisə müraciət edərək, ona və uşaqlarına itin hücum etdiyini deyib. Məlum olub ki, hadisə yerində şahidlər uşaqların qışqırıq səsini eşidib. Polislər kiçik oğlanın meyitini çaydan çıxara biliblər. Digər oğlan Melbrunda xəstəxanaya yerləşdirilib.

Qadın həbs edilib. Bu qorxunc hadisəni hansı səbəbdən törətməsi araşdırılır.