Türkiyədə Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətli ilə əlaqədar 33 yaşlı qadın saxlanılıb. Türkiyədə Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətli ilə əlaqədar 33 yaşlı qadın saxlanılıb.

Rusiyalı səfirin qətli ilə bağlı bir nəfər qadın həbs edilib

Türkiyədə Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətli ilə əlaqədar 33 yaşlı qadın saxlanılıb.

AzNews.az Türkiyənin Sabah qəzetinə istinadən xəbər verir ki, qadın Rusiya vətəndaşı Yekatirandır. Onun Rusiyanın səfirinin qatili ilə sıx əlaqələrinin olduğu aşkarlanıb.

Bundan əvvəl, Karlovun qətli ilə bağlı 3 nəfər mülki, 2 nəfər polis işçisi həbs edilmişdi.

Xatırladaq ki, Rusiyanın Ankaradakı səfiri Andrey Karlov ötən ilin 19 dekabr tarixində rəsm sərgisinin açılışında çıxışı zamanı güllələnərək qatlə yetirilib. Qətli törədən keçmiş polis işçisi Mərt Altıntaş elə hadisə yerindəcə məhv edilib. Hadisə terror aktı kimi qiymətləndirilib.