Udmurtiya respublikasının rəhbəri yol çəkilişindən rüşvət alıb - 2 milyon dollar

Udmurtiya Respublikasının rəhbəri Andrey Solovyov vəzifələrindən sui-istifadə etməkdə ittiham edilir.

AzNews.az “İnterfax”-a istinadən xəbər verir ki, Solovyovun 140 milyon rubl (2500000 dollar) rüşvət almaqda günahlandırırlar:

“Solovyov yolların tikintisi zamanı öz vəzifə səlahiyyətlərindən sui-istifadə edib. Bundan başqa, onunla yanaşı “Avtodora” şirkətinin rəhbəri də həbs edilib.”

Qeyd edək ki, yerli mətbuat Solovyovun həbsi zamanı onun evinin axtarılması barədə də xəbər yayıb.

Rəsmi kremlin mətbuat xdimətinin rəhbəri Dimitri Peskov prezident Valdimr Putinin həbslə bağlı məlumatlandırıldığını bəyan edib.

Xatırladaq ki, Udmurtiya respublikasının rəhbəri Andrey Solovyov bü gün səhər saatlarında həbs edilərək Moskvaya gətirilib.