- Köhnə - Dünya
- 2 May 2017 15:29
- 5 357
“Twitter” İranin ali dini liderinin səhifəsini bağlayıb
“Twitter” sosial şəbəkəsi İran İslam respublikasının ali dini lideri Əyatullah Əli Xamneyinin səhifəsini bağlayıb.
AzNews.az İranın “Mehr” agentliyinə istinadən xəbər verir ki, Xamneyi adətən bu sosial şəbəkədə İranla bağlı xəbərləri ərəb dilində paylaşırdı.
“Twitter” bu addımın səbəbini izah etməyib. Xamneyinin “Twitter” səhifəsi bir neçə dəfə hakerlərin hücumuna məruz qalıb.
Ali dini lider “Twitter” sosial şəbəkəsində ərəb diliylə yanaşı, ingilis, fransız və ispan dilində də səhifələrə malikdir.