Kommunist rejim “THAAD” (Ted) tipli raketdən müdafiə sistemi məsələsində Cənubi Koreya liderinə etirazını bildirib. Kommunist rejim “THAAD” (Ted) tipli raketdən müdafiə sistemi məsələsində Cənubi Koreya liderinə etirazını bildirib.

Çin Cənubi Koreyaya qarşı təzyiqlərini artırıb

Kommunist rejim “THAAD” (Ted) tipli raketdən müdafiə sistemi məsələsində Cənubi Koreya liderinə etirazını bildirib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Çin lideri Si Tszinpinin Cənubi Koreyanın yeni seçilmiş prezidenti Mun Çje İn ilə ilk söhbətində “THAAD” sisteminin regionda yaratdığı gərginlik müzakirə mövzusu olub.

“THAAD” sistemi Şimali Koreyanın ehtimal olunan raket hücumlarına qarşı müdafiə məqsədi daşıyır. Rəsmi Pekin sistemin, eyni zamanda, onun ərazisində də casusluq edə biləcəyini bildirib və sistemin işə salınmasını sərt şəkildə tənqid edib.

Məsələ ilə əlaqədar rəsmi Pekinlə Seulun münasibətləri son dərəcə gərginləşib. Mun Çje İnin indi əsas tapşırığı Seulun ənənəvi müttəfiqi olan Amerika Birləşmiş Ştatları və Çin ilə münasibətlərini normallaşdırmaqdan ibarət olacaq. Bu, Mun Çje İn üçün olduqca incə məsələdir. Çünki Mun Çje İn Şimali Koreyanın nüvə ambisiyalarına qarşı lazımi tədbirlər görmək üçün həm ABŞ, həm də Çinin köməyinə ehtiyacı duyur.

Bəxtiyar Abbasov

AzNews.az