- Köhnə - Dünya
- 13 May 2017 10:18
- 5 249
Təhlükəli virusu yayıldı – 99 ölkədə fayllar şifrələndi
Beynəlxalq səviyyədə komputerlər kiber-hücumlara məruz qalıb.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, azı 99 ölkədə virusun aşkarlandığı bildirilir. Kütləvi şəkildə yayılan sistem virusunun Amerika Birləşmiş Ştatları Milli Təhlükəsizlik Agentliyi tərəfindən hazırlandığı bildirilir. Lakin Böyük Britaniya mediyası kiber-hücumun arxasında Rusiyanın dayandığını iddia edir.
Virus “Ransomware” tiplidir. Bu tip viruslar gizli şəkildə kompyuterə daxil olur. Virus faylları şifrələyərək onları girov götürür və şifrənin açılması üçün istifadəçidən “Bitcoin” ödəniş sistemi ilə 300 dollar istəyir.
Aprel ayında “The Shadow Brokers” adlı xaker qrupu virus proqramını oğurladığını və proqramı onlayn satışa çıxardığını demişdi.
“Maykrasoft” virusun şifrələrini qırmaq üçün “kodsındıran” hazırlasa da, bir çox sistemlər yenilənmədiyi üçün virusun qurbanına çevrilə bilər.
Artıq Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Çin, Rusiya, İspaniya, İtaliya və Tayvan belə bir virus barədə məruzə ediblər.
“Avast” kiber-təhlükəsizlik firması “WannaCry” adlı eyni tipli 75 min virusa yoluxma halı aşkarlandığını bildirib. Firma rəhbərliyinin sözlərinə görə, bu, kifayət qədər böyük rəqəmdir.
Bəxtiyar Abbasov
AzNews.az