Braziliya prezidentinin köməkçisini həbs etdilər - Korrupsiyada ittiham olunur

Braziliya prezidenti Mişel Temerin yaxın köməkçisi və dostu tutulub.

AzNews.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. O, korrupsiya işində ittiham olunur. Braziliyanın keçmiş deputatı Rodriqo Roça Loures öz evində həbs olunub. Agentliyin məlumatına görə, onun 154 min dollar rüşvət alarkən videosu yayılıb.

Qeyd edək ki, Braziliyalı sahibkarlar – Joesli və Uesli Batist qardaşları Federal Ali Məhkəməyə Mişel Temerlə bağlı səs yazısı veriblər. Səs qeydində Temer eks-prezident Dilma Russefin impiçmentinin təşəbbüskarı olan parlamentin alt palatasının keçmiş depuatatı Eduard Kunyunu pulla “almağı” təklif edib. “Globo”nun məlumatına görə, pullar Kunyunun susması üçün təklif olunub. Temer isə Kunyu ilə rüşvət söhbətini təkzib edib.