Bu gün Əfqanıstanın paytaxtı Kabildə nazirlərin də iştirak etdiyi dəfn mərasimində partlayış baş verib. Bu gün Əfqanıstanın paytaxtı Kabildə nazirlərin də iştirak etdiyi dəfn mərasimində partlayış baş verib.

Nazirlərin iştirak etdiyi dəfn mərasimində partlayış törədildi - Fotolar

Bu gün Əfqanıstanın paytaxtı Kabildə nazirlərin də iştirak etdiyi dəfn mərasimində partlayış baş verib.

AzNews.az xəbər verir ki, bu barədə Tolo News telekanalı məlumat yayıb. Qəbiristanlıqda baş verən partlayış Kabildə etirazlarda həlak olan Əfqanıstan parlamentinin yuxarı palatasının üzvü Səlim İzadiaranın oğlunun dəfni zamanı törədilib. Hadisə zamanı 20 nəfər ölüb, 87 nəfər yaralanıb. Dəfn mərasimində Əfqanıstanın Xarici İşlər Naziri Salaxuddin Rəbbani və Baş nazir Abdulla Abdulla da iştirak edib. Partlayış zamanı onlar xəsarət almayıb. Hadisənin terror hadisəsi olduğu bildirilir.

image description image description