Səudiyyə Ərəbistanı Qətərin “Əl-Cəzirə” kanalının yayımına ölkə ərazisində qadağa qoyub. Səudiyyə Ərəbistanı Qətərin “Əl-Cəzirə” kanalının yayımına ölkə ərazisində qadağa qoyub.

“Əl-Cəzirə” kanalının yayımı dayandırıldı

Səudiyyə Ərəbistanı Qətərin “Əl-Cəzirə” kanalının yayımına ölkə ərazisində qadağa qoyub.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Qətəri terrorizmə dəstək verməkdə ittiham edir.

Vəziyyətlə əlaqədar iki ölkə arasında diplomatik əlaqələr də dayandırılıb.

Bundan başqa, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Bəhreyn və Yəmən də Qətərlə diplomatik əlaqələri dayandırdıqlarına dair açıqlama veriblər.

Ərəb hökumətləri qətərli diplomatların ölkədən çıxması üçün onlara 48 saat vaxt verib.

Bəxtiyar Abbasov

AzNews.az