Monteneqro NATO-ya üzv oldu

Monteneqro rəsmi olaraq NATO-ya üzv olan 29-cu ölkədir.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Vaşinqtonda ABŞ Dövlət Departamentin binasında keçirilən xüsusi mərasim zamanı Monteneqronun baş naziri Duşko Markoviç ölkəsinin Şimali Atlantika Alyansına qoşulmasına dair protokolu ABŞ dövlət katibinin müavini Tomas Şennona təqdim edib.