Baş nazirin istefası qəbul olunmadı – Ermənistanda

Ermənistan prezidenti Serj Sarkisyan baş nazir Karen Karapetyanın istefasını qəbul etməyib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Serj Sarkisyan bildirib ki, Karapetyanın istefa verməsi üçün heç bir əsas yoxdur.

Məlumata görə, Karapetyan istefa üçün Sarkisyana iki dəfə müraciət edib.

Sarkisyan onu da qeyd edib ki, ölkə daxilində ziddiyyətlərin, münaqişələrin olmasına dair yayılan xəbərlər uydurmadır. “Ölkəmizdə, xüsusilə, partiyamızda sağlam iş mühiti var” – deyə Sarkisyan qeyd edib.

Hakim Ermənistan Respublikaçı Partiyası 2018-ci ildə Sarkisyanın prezidentlik müddəti başa çatdıqdan sonra onun baş nazir vəzifəsinə təyin olunacağına dair qərar qəbul edib.

Bəxtiyar Abbasov

AzNews.az