Niderlandın Eyndhoven şəhərində təhlükəsizlik qüvvələri məşhur müğənni Qaus Miuuisin konserti zamanı terror törətməyə hazırlaşan şəxsi saxlayıblar. Niderlandın Eyndhoven şəhərində təhlükəsizlik qüvvələri məşhur müğənni Qaus Miuuisin konserti zamanı terror törətməyə hazırlaşan şəxsi saxlayıblar.

Niderlandda terror təhlükəsi – Konsert zamanı özünü partladacaqdı

Niderlandın Eyndhoven şəhərində təhlükəsizlik qüvvələri məşhur müğənni Qaus Miuuisin konserti zamanı terror törətməyə hazırlaşan şəxsi saxlayıblar.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, polis şübhəli şəxsi konsertin təşkil olunduğu futbol meydançasına girməyə çalışarkən həbs edibr.

Həmin vaxt meydançada minlərlə fanat olub. Şübhəli şəxsin meydançaya girmək üçün bileti olmayıb. O, terror aktından əvvəl videoyazı hazırlayıb. Videonun tərkibi ilə bağlı məlumat verilmir.

Lakin polis şübhəli şəxsin radikallaşması barədə əvvəlcədən xəbərdar olub.

Bəxtiyar Abbasov

AzNews.az