Türkiyənin Manisa vilayətində hərbi hissələrdən birində kütləvi zəhərlənmə qeydə alınıb. Türkiyənin Manisa vilayətində hərbi hissələrdən birində kütləvi zəhərlənmə qeydə alınıb.

Hərbi hissədə kütləvi zəhərlənmə oldu – 85 nəfər

Türkiyənin Manisa vilayətində hərbi hissələrdən birində kütləvi zəhərlənmə qeydə alınıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, 85 nəfərin zəhərlənməsi ilə nəticələnən hadisə axşam yeməyindən sonra baş verib.

Məlumata görə, əsgərlərin yediyi ət köhnə olub. Zəhərlənən əsgərlərdən 69-un vəziyyəti nisbətən ağırdır. Hazırda onlara tibbi yardım göstərilir.

Sözügedən hərbi hissədə ötən ay da kütləvi zəhərlənmə qeydə alınıb. Zəhərlənən 350 nəfərdən biri dünyasını dəyişib.

Bəxtiyar Abbasov

AzNews.az