- Köhnə - Dünya
- 19 İyun 2017 09:44
- 6 424
Qətərə verilən vaxt başa çatdı

Səudiyyə Ərəbistanı və bir sıra ərəb ölkələrinin vətəndaşların ölkəni tərk etməsi üçün Qətərə verdiyi iki həftəlik müddət başa çatıb.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Bəhreyn, Liviya, Yəmən, Maldiv, Mavritaniya və İordaniya Qətəri terrorizmə dəstək verməkdə təqsirləndirir.
Sözügedən ölkələr Qətərlə diplomatik əlaqələrini dayandırıblar.
Bəxtiyar Abbasov
AzNews.az