- Köhnə - Dünya
- 21 İyun 2017 09:23
- 7 038
Brüsseldə terror həyəcanı – Dəmiryol vağzalında partlayış törədildi
Belçikanın paytaxtı Brüsseldə dəmiryol vağzalında partlayış törədilib.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, partlayış zamanı ölən və yaralanan olmayıb. Lakin hadisə əhali arasında təşvişə səbəb olub.
Təhlükəsizlik qüvvələri partlayış törədən şəxsi zərərsizləşdiriblər.
Vəziyyətlə əlaqədar ölkədə təhlükəsizlik tədbirləri gücləndirilib.
Belçikada 2016-cı ilin may ayında törədilən partlayış nəticəsində 32 nəfər ölüb. Terror aktına görə “İŞİD” qruplaşması məsuliyyəti öz üzərinə götürüb.


Bəxtiyar Abbasov
AzNews.az