İran “İŞİD” liderinin öldürüldüyünü təsdiqlədi: "İŞİD süqut etdi"

İran İnqilab Keşikçiləri Ordusu “İŞİD” lideri Əbu Bəkr əl-Bağdadinin öldürülməsi ilə bağlı iddiların doğru olduğunu bildirib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, bir müddət əvvəl Rusiya hərbi rəhbərliyi Bağdadinin aviazərbələr nəticəsində öldürüldüyünə dair xəbər yaymışdı.

Məlumata görə, Bağdadi may ayının 28-sində keçirilən əməliyyatlar zamanı öldürülüb. Həmin vaxtda Bağdadi və digər “İŞİD” komandirləri görüş keçirmək üçün bir yerə toplaşıblar.

İraq hökuməti isə, Mosul şəhərinin “İŞİD” ünsürlərindən təmizləndiyinə dair bəyanat yayıb. Baş nazir Heydər əl-Əbədi bildirib ki, Mosulun “İŞİD”dən azad edilməsi, “İŞİD”in süqutu deməkdir. Mosul şəhərində “İŞİD”ə qarşı keçirilən hərbi əməliyyatlar 8 ay əvvəl başladılıb.

Bəxtiyar Abbasov

AzNews.az