- Köhnə - Dünya
- 1 İyul 2017 12:47
- 3 266
Turizm bölgəsində güclü yanğın baş verdi
Türkiyənin turizm bölgəsi Alanyada güclü yanğın baş verib.
AzNews.az “Trend”ə istinadən xəbər verir ki, yanğının səbəbi hələ məlum deyil.
Hazırda turistlərin qaldığı villaların yaxınlığında qeydə alınan yanğın davam edir. Hadisə nəticəsində iki iri villanın tamamilə yandığı bildirilir. Xəsarət alan yoxdur. Ərazidə yanğınsöndürənlər çalışır.
AzNews.az