Almaniyanın Hanover şəhərində azərbaycanlıların Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdiyi təxribat nəticəsində dinc sakinlərin həlak olması ilə bağlı etiraz mitinqi keçirilib. Almaniyanın Hanover şəhərində azərbaycanlıların Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdiyi təxribat nəticəsində dinc sakinlərin həlak olması ilə bağlı etiraz mitinqi keçirilib.

Hannoverdə yaşayan azərbaycanlılar da erməni təxribatına qarşı etirazlara qoşuldu - Foto

Almaniyanın Hanover şəhərində azərbaycanlıların Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdiyi təxribat nəticəsində dinc sakinlərin həlak olması ilə bağlı etiraz mitinqi keçirilib.

AzNews.az xəbər verir ki, aksiyada Hanover şəhərində yaşayan soydaşlarımız iştirak edib.

Hannover şəhərində fəaliyyət göstərən Azərbaycan Dostluq Cəmiyyəti və “Xəzər” Cəmiyyətini birgə təşkilatçılığı ilə şəhərin mərkəzində baş tutan etiraz mitinqində Ermənistanın işğalçılıq siyasətini pisləyən şüarlar səsləndirilib. Aksiyada çıxış edənlər Azərbaycan torpaqlarının işğaldan azad olunmasını, beynəlxalq ictimaiyyətin Ermənistanın təcavüzkar siyasətinə son qoyulması üçün qəti tədbirlər görməsini tələb ediblər.

Aksiya iştirakçıları 4 iyul təxribatı zamanı qətlə yetirilmiş 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının fotoşəkillərini nümayiş etdirərək, Azərbaycanın minlərlə dinc sakinin Ermənistan silahlı qüvvələrinin atəşi altında yaşadığını vurğulayıblar.

AzNews.az