ABŞ prezidenti Donald Tramp Hamburqda G-20 sammitindəki görüşü zamanı rusiyalı həmkarı Vladimir Putin ilə yola gəldiyini bəyan edib. ABŞ prezidenti Donald Tramp Hamburqda G-20 sammitindəki görüşü zamanı rusiyalı həmkarı Vladimir Putin ilə yola gəldiyini bəyan edib.

“Putin ilə yola gəldik” - Tramp

ABŞ prezidenti Donald Tramp Hamburqda G-20 sammitindəki görüşü zamanı rusiyalı həmkarı Vladimir Putin ilə yola gəldiyini bəyan edib.

AzNews.az “APA”ya istinadən xəbər verir ki, D.Tramp bu barədə CBN telekanalına müsahibəsində bildirib.

“Düşünürəm ki, biz çox yaxşı yola gəldik və bu çox əhəmiyyətlidir. Bəzi insanlar deyir ki, bu belə olmamalı idi. Mən fərqli düşünürəm. Biz böyük nüvə dövlətləriyik. Hamı Hamburqda söhbətimizin uzun müddət çəkməsindən təəccüblənmişdi”, deyə D.Tramp vurğulayıb.

Onun sözlərinə görə, Rusiya ilə dialoq mühümdür: “Dialoq olmayan yerdə problem yaranır. Bizə dialoq lazımdır. Misal üçün, Suriyada müşahidə olunan irəliləyişdə Rusiya ilə qarşılıqlı əlaqələr əhəmiyyətli olub”.

AzNews.az