- Köhnə - Dünya
- 17 İyul 2017 09:48
- 3 579
Məşhur rejissor dünyasını dəyişdi
Amerikalı tanınmış rejissor Corc Romero 77 yaşında dünyasını dəyişib.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, rejissor ağ ciyər xərçəngindən əziyyət çəkirdi. Rejissor gecə yuxuda ikən vəfat edib.
Corc Romeronun 1968-ci ildə ekranlaşdırdığı “Diri Ölülər Gecəsi” filmi məşhurdur. Onun bu filmi qorxu filmi janrında yeni cığır açıb.
Bəxtiyar Abbasov
AzNews.az