İyul ayında dolu düşdü - Fotolar

Rusiyanın Sankt-Peterburq şəhərinin bir sıra rayonlarına dolu düşüb.

AzNews.az xəbər verir ki. bu barədə sosial şəbəkə istifadəçiləri məlumat verib. Leysan yağışlarla müşayiət olunan hava şəraiti doluyla əvəz olunub. "Şəhərin mərkəzində dolu! İyul, sən nə edirsən?!" kimi şərhlər yazılıb. Hal-hazırda Sankt-Peterburq şəhərində 19 dərəcə istilik müşahidə olunur.