Qoyunlar dovşanları seldən xilas etdilər - Video

Yeni Zellandiyada vəhşi dovşanlar seldən xilas olmaq üçün qoyunların belinə hoppanıblar.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu qəribə hadisəyə yerli sakin, 50 il fermerliklə məşğul olan Ferq Horn şahidlik edib.

İlk dəfədir ki, belə hadisəni müşahidə edən Ferq bildirib ki, o, qonşusunun qoyunlarını itələyərək seldən çıxarmağa çalışıb. Həmin vaxt qoyunların belində "tünd ləkələr" görüb. Yaxınlaşaraq orada vəhşi dovşanların olduğunu aşkar edib. Maraqlıdır ki, dovşanlar orada özlərini rahat hiss ediblər. Fermer qoyunları təhlükəsiz əraziyə daşıyıb.