İraqın şiə dini lideri Müqtəda əs-Sədr Səudiyyə Ərəbistanına gözlənilməz ziyarət edib. İraqın şiə dini lideri Müqtəda əs-Sədr Səudiyyə Ərəbistanına gözlənilməz ziyarət edib.

İraqın dini liderindən Səudiyyə Ərəbistanına gözlənilməz ziyarət

İraqın şiə dini lideri Müqtəda əs-Sədr Səudiyyə Ərəbistanına gözlənilməz ziyarət edib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Müqtəda əs-Sədr Ciddə şəhərində Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanla görüşüb.

Tərəflərin birgə maraqlara dair müzakirə apardığı qeyd olunur.

Ötən ay hər iki ölkə rəhbərliyi ərəb ölkələri arasında olan korlamış münasibətləri bərpa etmək məqsədilə koordinasiya şurasının yaradılmasına dair razılığa gəlmişdilər.

Səudiyyə Ərəbistanı 2015-ci ildə 25 il sonra Bağdad şəhərində yenidən öz diplomatik missiyasını bərpa edib.

Bəxtiyar Abbasov

AzNews.az