- Köhnə - Dünya
- 17 Fevral 2013 14:12
- 1 737
İran hərbi-dəniz bazası yaradır
İran Pakistanla sərhəddə, Pasabandar şəhərində hərbi-dəniz bazası yaratmağı planlaşdırır.
Trend İRNA-ya istinadən xəbər verir ki, bunu İranın hərbi-dəniz qüvvələrinin komandanı, kontr-admiral Həbibulla Səyyari deyib.
Kontr-admiral bildirib ki, yeni baza İranın cənub su ərazilərində formalaşdırılacaq.
Səyyari, həmçinin, söyləyib ki, bu günədək İranın bu regionda hərbi mövcudluğu olmayıb.
AzNews.az