“Soyuq Müharibə” illərində Nüvə müharibəsinin qarşısını alan Stansilav Petrov 77 yaşında dünyasını dəyişib. “Soyuq Müharibə” illərində Nüvə müharibəsinin qarşısını alan Stansilav Petrov 77 yaşında dünyasını dəyişib.

"Dünyanı xilas edən insan" vəfat etdi

“Soyuq Müharibə” illərində Nüvə müharibəsinin qarşısını alan Stansilav Petrov 77 yaşında dünyasını dəyişib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Petrov 1983-cü ildə “Nüvə müharibəsi”nin qarşısını alan qərar qəbul edib.

Tarixçilər arasında mübahisə mövzusu olsa da, ümumi rəyə əsasən, 1947-1991-ci illər “Soyuq Müharibə” dövrünü əhatə edir. 1983-cü ildə Şərq bloku – Sovet İttifaqı və Qərb blokunu təşkil edən Amerika Birləşmiş Ştatları və onun NATO müttəfiqləri arasında gərginlik pik həddə çatmışdı.

Həmin il 26 sentyabrda Nüvə Hücumu ilə bağlı Birinci Xəbərdarlıq Mərkəzinin ali rəsmisi olan Petrovun nəzarət etdiyi kompüterlər ballistik hücumla bağlı həyəcan siqnalı göndərməyə başlayır. Petrovun bu barədə yuxarı instansiyalara məlumat verməsi üçün cəmi bir neçə dəqiqəsi var idi. Çünki kompüterin göstərdiyi məlumat gerçək olsa idi, bunu, “Nüvə Müharibəsi”nin başlaması və ya “Dünyanın sonu” kimi də ifadə etmək olardı. Çünki Rusiya həmin dövrdə nüvə hücumuna müvafiq cavab zərbəsi endirəcəkdi.

Lakin Petrov riskə getməli olur və məlumatın yalnış olduğuna qərar verir.

“Raket hücumuna məruz qaldığımız barədə əlimdə çox saylı məlumatlar toplandı. Əgər bu məlumatları “yuxarı” göndərsə idim, heç kim mənimlə mübahisə etməyəcəkdi. Məlumatı ötürmək üçün, sadəcə, komandirlə birbaşa xətt olan telefona əl atmalı idim. Lakin hərəkət edə bilmədim. Özümü alov içində hiss edirdim” – deyə Petrov müsahibələrindən birində həmin an yaşadığı hissləri şərh edib.

Petrov təlimatlara əsasən, tərəddüd etmədən bu barədə komandirlərə məlumat verməli idi. Lakin o, baş qərargaha zəng edərək məlumatın sistemdəki qüsurla bağlı olduğunu bildirir.

“Əgər səhv etsə idim, partlayış bir neçə dəqiqə sonra baş verəcəkdi. 23 dəqiqə sonra məlum oldu ki, heç bir partlayış baş verməyib. Çox rahatladım”

Daha sonra aparılan araşdırma zamanı məlum olub ki, kompüterlərin həyəcan siqnalı verməsinə səbəb süni peyklərdən birinin buludun üzərindəki günəş şüalarını raket hücumları kimi qeydə alması olub.

Məlumata görə, Petrov 19 mayda dünyasını dəyişib. Lakin onun ölümü barədə xəbər bu gün təsdiqini tapıb.

Bəxtiyar Abbasov

AzNews.az