Daha bir ölkə Şimali Koreya səfirini ölkədən qovdu

İspaniya hökuməti Şimali Koreyanın ali diplomatını “persona non qrata” elan edib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, rəsmi Madrid səfirin ölkəni tərk etməsi üçün ona sentyabrın sonuna qədər vaxt verib.

İspaniya Şimali Koreyaya qarşı analoji addım atan 4-cü ölkə olub. İki ölkə arasında münasibətlərin korlanmasına səbəb isə rəsmi Pxenyanın raket sınaqları ilə əlaqədardır. Bundan başqa Meksika, Peru və Küveyt də oxşar qərarlar qəbul etmişdilər.

Ekspertlərin sözlərinə görə, İspaniyanın bu qərarı ilk olaraq Amerika Birləşmiş Ştatlarını məmnun edəcək. Belə ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inı daha da təcrid etmək üçün müttəfiq ölkələri Şimali Koreya ilə diplomatik əlaqələri kəsməyə çağırmışdı.

Bəxtiyar Abbasov

AzNews.az