Əfqanıstanda terror aktında ölənlərin sayı 72 nəfərə çatıb

Partlayışlara görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

Əfqanıstanda iki məsciddə törədilən partlayış nətyışicəsində ölənlərin sayı 72 nəfərə çatıb. AzNews.az Reuters agentliyinə istinadən xəbər verir ki, partlayışlardan biri paytaxt Kabildə, digəri isə Qor əyalətinin inzibati mərkəzi olan Çaqçaran şəhərində baş verib.

Terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.