London Kral kolleci tələbələrinə kokain istifadəsinə icazə verəcək London Kral kolleci tələbələrinə kokain istifadəsinə icazə verəcək

Tələbələr müvəqqəti narkoman olacaqlar

London Kral kolleci tələbələrinə kokain istifadəsinə icazə verəcək




Vesti.ru saytının verdiyi məlumata əsasən, kollec rəhbərliyi orada təhsil alan tələbələrə nəyin ki kokain verməyi icazə verir, həm də onlara əlavə pul və yaşayışlarını təmin etmək üçün şərait yaradacaq.

Lakin bu kokain müəyyən araşdırmanı aparma dövründə tələbələrə veriləcək. Onlarla tələbə elmi araşdırma aparılması üçün olaraq "təcrübə dovşanı" və "müvəqqəti narkoman" olmağa razılıq veriblər.

Araşdırma nəticəsində 30-a yaxın gəncin iştirak etdiyi bildirilir. Onlar insanlara qadağan olunmuş məhsulların insan orqanizmində nə kimi dəyişkliklərin aparılması prosesinin iştirakçılarına çevriləcəklər.

Prosedura əsasən, " təcrübə dovşanları" 3 ay ərzində onlara verilən miqdarda narkotik qəbul edəcək və nəzarətdə saxlanılacaqlar.

Bununla alimlər kokainin insan orqanizminə hansı formada təsirini araşdıracaq.

Əməliyyatda tibb universitetinin tələbələri iştirak edə bilməz.

Maraqlı olan isə, bu qədər riskli və qalmaqallı mövzu ilə bağlı tələbələrin əməliyyata cəlb edilməsinin Böyük Britaniya hökuməti tərəfindən sakit qarşılanmasıdır.

Aynur Hüseynova
AzNews.az


.