Gürcüstan şərabçılığı Ginnesin rekordlar kitabına düşdü

Gürcüstan şərabı dünyada ən qədimliyinə görə Ginnesin rekordlar kitabına düşüb.

AzNews.az RiaNovosti-yə istinadən xəbər verir ki, bir qrup alimin Tbilisidən 50 kilometr məsafədəki iki qədim qəsəbədə arxeoloji qazıntılarından sonra aşkar edilib ki, Gürcüstan şərabı dünyada ən qədimidir. Qazıntı zamanı aşkarlanan tapıntıların bizim eradan əvvəl 6000-5800 illərə aid olduğu təxmin edilir.

Tədqiqatların gedişində içində maye olmuş iki qədim qab aşkar edilib. Kimyəvi analiz göstərib ki, qablar qıcqırma prosesi, şərabın saxlanılması və s. məqsədlər üçün istifadə olunub.

Buna qədər hesab edilirdi ki, şərabçılığın ən qədim ənənələri İrana aiddir. Bu ölkədə içki bizim eradan əvvəl 5400-5000 illərdə hazırlanıb.