ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı edəcəyi ilə bağlı bəyanatına ilk reaksiya Türkiyədən gəlib. ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı edəcəyi ilə bağlı bəyanatına ilk reaksiya Türkiyədən gəlib.

Ərdoğan ABŞ-a xəbərdarlıq etdi

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı edəcəyi ilə bağlı bəyanatına ilk reaksiya Türkiyədən gəlib.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, Qüdsü müsəlmanların qırmızı cizgisi adlandıran Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Tramp bu addımı atacağı halda İstanbulda İƏT-in təcili toplantısını çağıracağını deyib.

"İslam Əməkdaşlıq Təşkilatının sədri olaraq, bu məsələni sona qədər təqib edəcəyik. Əgər belə bir addım atılarsa, beş-on gün içərisində təşkilatın təcili toplantısını çağırıb İsraillə diplomatik əlaqələrə son qoyacağıq" - Ərdoğan belə deyib.

Ərdoğan ABŞ-a belə bir addım atmaması üçün bir daha xəbərdarlıq edib.