"Hamı bunu Ukraynanın daxili işi hesab edir" - Nazir

"Ukraynanın beynəlxalq tərəfdaşları Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin həbsini Ukraynanın daxili işi hesab edir, hansı ki, bu Ukrayna qanunları çərçivəsində həll olunmalıdır".

AzNews.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Pavel Klimkin jurnalistlərə bildirib. Onun sözlərinə görə, Saakaşvili mövzusu cümə axşamı Vyanada ATƏT-ə üzv ölkələrin xarici işlər nazirləri ilə görüşdə müzakirə olunub.

"Siz bu mövzu ilə bağlı hər hansı bir beynəlxalq münasibət eşitmisinizmi? Mənim keçirdiyim 20 görüşdə nazirlər istehza ilə deyirdilər - Sizdə vəziyyət necədir?. Hamı bunu Ukraynanın daxili işi hesab edir ki, buda bizim qanunlarımız çərçivəsində həll olunmalıdır. Bununla bağlı formal münasibət isə eşitməyəcəksiniz", -deyə nazir bildirib.