Rusiyanın Avropaya verdiyi qaz kəsildi - Video

Avstriyadakı qaz partlayışı fəsadlara yol açdı.

Avstriyanın Baumqarten şəhəri yaxınlığında qazpaylayıcı stansiyada baş verən güclü partlayış Rusiyanın İtaliya, Sloveniya və Macarıstana verdiyi qazın kəsilməsinə səbəb olub.

AzNews.az Bloomberg-a istinadən xəbər verir ki, partlayış nəticəsində bir nəfər ölüb, daha 18-i yaralanıb.