Sankt-Peterburq azərbaycanlıları dekabrın 12-də Qoroxovaya küçəsinə, böyük dövlət və siyasi xadim, ulu öndər Heydər Əliyevin şərəfinə xatirə lövhəsinin vurulduğu 6 nömrəli evin qarşısına toplaşıblar. 1949-1950-ci illərdə Heydər Əliyevin təhsil aldığı SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin ali məktəbi bu binada yerləşib. Sankt-Peterburq azərbaycanlıları dekabrın 12-də Qoroxovaya küçəsinə, böyük dövlət və siyasi xadim, ulu öndər Heydər Əliyevin şərəfinə xatirə lövhəsinin vurulduğu 6 nömrəli evin qarşısına toplaşıblar. 1949-1950-ci illərdə Heydər Əliyevin təhsil aldığı SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin ali məktəbi bu binada yerləşib.

Sankt-Peterburqda Ulu Öndərin xatirəsi anılıb

Sankt-Peterburq azərbaycanlıları dekabrın 12-də Qoroxovaya küçəsinə, böyük dövlət və siyasi xadim, ulu öndər Heydər Əliyevin şərəfinə xatirə lövhəsinin vurulduğu 6 nömrəli evin qarşısına toplaşıblar. 1949-1950-ci illərdə Heydər Əliyevin təhsil aldığı SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin ali məktəbi bu binada yerləşib.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, tədbir iştirakçıları Ulu Öndərin barelyefi önünə tər çiçəklər qoyublar. Mərasimdə ictimai xadimlər, şəhərin Azərbaycan ictimai təşkilatlarının başçıları və üzvləri iştirak ediblər.

Sonra tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla anıblar. Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov Heydər Əliyevin həyat və fəaliyyətindən, müasir Azərbaycan dövlətçiliyinin təşəkkülündə Ümummilli Liderin rolundan danışıb.

Tədbirdə Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişov da çıxış edib.