"İsrail işğalçı və terror dövlətidir" - Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı İstanbulda keçirilən fövqəladə sammitində çıxış edib.

AzNews.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Ərdoğan İsraili işğalçı və terror dövləti adlandırıb.

"Onsuz da işğal altında olan bu şəhərlə bağlı belə bir qərarın verilməsinin heç bir hökmü yoxdur. Amerikanın bu qanunsuz addımına Qüdsü işğal altında saxlayan İsrail də dəstək verib. Bu qərara dəstək verməyən hər bir ölkəyə təşəkkür edirik. Roma Papası da daxil olmaqla bütün keçirdiyim görüşlərdə bu məsələni qaldırmışam" - Ərdoğan belə deyib.

Türkiyə prezidentinin sözlərinə görə, BMT TŞ qərarına əsasən heç bir ölkə Qüdsdə səfirlik aça bilməz.