Ukraynanın Ottavadakı səfiri Andrey Şevçenko Kanada rəhbərliyinin şirkətlərə Ukraynaya "ölümcül silah" göndərmək icazəsi verdiyini bildirib. Ukraynanın Ottavadakı səfiri Andrey Şevçenko Kanada rəhbərliyinin şirkətlərə Ukraynaya "ölümcül silah" göndərmək icazəsi verdiyini bildirib.

Kanada Ukraynaya “ölümcül silah” göndərir

Ukraynanın Ottavadakı səfiri Andrey Şevçenko Kanada rəhbərliyinin şirkətlərə Ukraynaya "ölümcül silah" göndərmək icazəsi verdiyini bildirib.

AzNews.az xəbər verir ki, Şevçenko öz "Twitter" hesabından verdiyi açıqlamada "2014-cü ilə qədər Ukraynaya silah göndərişi xəbərlərinə sevinəcəyimi düşünə bilməzdim. İndi isə bu silahın bir tək varlığıyla Ukraynaya sülh gətirəcəyini bilirəm" - deyə yazıb.

Qeyd edək ki, daha öncə Kanada hökumətinin rəsmi qəzeti "Canada Gazette" Ukraynaya "ölümcül silah" nəqlinə icazə verildiyini bildirmişdi. Rusiya rəhbərliyi Ukraynanın şərqindəki müharibəni daha da alovlandıracağı iddiası ilə buna qarşı çıxır. Kremlin sözçüsü Dmitri Peskov bu cür hərəkətlərin Minsk anlaşmasının həyata keçirilməsini çətinləşdirdiyini açıqlayıb.

"Ölümcül silah" deyərkən konkret hansı silahdan söhbət getdiyi barədə isə məlumat verilməyib.