Fələstin fəalları ilə İsrail xüsusi təyinatlıları arasında yeni toqquşma baş verib. Fələstin fəalları ilə İsrail xüsusi təyinatlıları arasında yeni toqquşma baş verib.

Rəmallahda yeni toqquşma - Onlarla yaralı var

Fələstin fəalları ilə İsrail xüsusi təyinatlıları arasında yeni toqquşma baş verib.

AzNews.az Reuters-ə istinadən xəbər verir ki, Rəmallahda baş verən toqquşma nəticəsində onlarla insan yaralanıb.

İsrail xüsusi təyinatlıları fələstinlilərin daş atəşinə rezin güllələrlə cavab verib.

Yaralılar arasında Santa Klaus paltarı geyinmiş bir nəfər də diqqəti cəlb edib. Onu insanlar əllərində xəstəxanaya çatdırıblar.