Saakaşvili Poroşenkonu istefaya çağırdı

Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna prezidenti Pyotr Poroşenkonu istefaya çağırıb.

AzNews.az xəbər verir ki, o, bunu öz "Facebook" səhifəsində paylaşdığı açıq məktubunda deyib.

"Sizin könüllü istefanız siyasi böhranın aradan qaldırılması üçün son şansdır", - Saakaşvili belə deyib.