Şimali Koreyada bir əsgər səhər saatlarında neytral ərazidən keçərək Cənubi Koreyaya qaçıb. Bu il Cənubi Koreyaya qaçan sayca 4-cü olan bu əsgər sorğulanmaq üçün nəzarətə alınıb. Şimali Koreyada bir əsgər səhər saatlarında neytral ərazidən keçərək Cənubi Koreyaya qaçıb. Bu il Cənubi Koreyaya qaçan sayca 4-cü olan bu əsgər sorğulanmaq üçün nəzarətə alınıb.

Şimali Koreyalı əsgər Cənubi Koreyaya qaçdı

Şimali Koreyada bir əsgər səhər saatlarında neytral ərazidən keçərək Cənubi Koreyaya qaçıb. Bu il Cənubi Koreyaya qaçan sayca 4-cü olan bu əsgər sorğulanmaq üçün nəzarətə alınıb.

AzNews.az-ın məlumatına görə, Cənubi Koreya ordusundan verilən açıqlamada bildirilir ki, yerli vaxtla səhər 08:00 radələrində sərhədi keçən əsgər nəzarət nöqtəsinin olduğu bölgədə görünüb.

Qaçan əsgəri axtaran Şimali Koreya ordusunun gözətçiləri sərhədə yaxınlaşdıqlarına görə qarşı tərəf havaya xəbərdarlıq atəşi açıb.

Sərhədi keçən əsgər bu il ərzində Şimaldan Cənubi Koreyaya qaçan sayca 4-cü hərbçidir.

Cənubi Koreyanın milli xəbər agentliyi "KBS"nin məlumatına görə, cümə axşamı qaçan əsgər sərhədin Qanqvon vilayətindən keçib və sorgulanmaq üçün nəzarətə götürülüb.