Böyük Britaniyanın xarici işlər naziri Boris Conson Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı zarafat edib. Böyük Britaniyanın xarici işlər naziri Boris Conson Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı zarafat edib.

Britaniyalı nazir Lavrovla zarafat etdi - “Əlcəyimə qədər sizə verdim”

Böyük Britaniyanın xarici işlər naziri Boris Conson Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı zarafat edib.

AzNews.az RT-yə istinadən xəbər verir ki, Conson öz paltosunu və cibindəki əşyaları Lavrova verərək onunla zarafatlaşıb.

"Mən sizə göstərmək istədim ki, sizə inanıram. Mən hətta öz əlcəyimə qədər bütün əşyalarımı sizə verdiç. Mən bildim ki, siz onları qoruyacaqsınız və heç nə baş verməyəcək", - Conson belə deyib.

Lavrov isə zarafatın cavabında deyib ki, onsuz da Consonun cibində elə bir qiymətli əşya yox idi.

Conson ciddiləşərək bildirib ki, iki ölkə arasında bəzi soyuqluqlar mövcuddur.

"Biz bir yerdə işləyə bilərik və itmiş inamı da dərhal bərpa etmək olar", - britaniyalı nazir belə deyib.