Türkiyə prezidenti Bəşər Əsədi terrorçu adlandırdı

"Əsəd dövlət terroru həyata keçirmiş bir terrorçudur".

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Tunisli həmkarı Kaid əs-Səbsi ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Ərdoğan deyib ki, Suriyada Bəşər Əsədlə birlikdə fəaliyyət göstərmək mümkün deyil.

"1 milyon insanı öldürmüş Suriya prezidenti ilə gələcəyi necə qurmaq olar? Bu zaman onlara qarşı haqsızlıq etmiş olarıq. Biz onu tanıya bilmərik”, - Türkiyə prezidenti deyib.