ABŞ-da Nyu-York şəhərində yanvarın 4-dən bütün məktəblər bağlanıb. ABŞ-da Nyu-York şəhərində yanvarın 4-dən bütün məktəblər bağlanıb.

Məktəblər gözlənilən hava şəraitinə görə bağlandı

ABŞ-da Nyu-York şəhərində yanvarın 4-dən bütün məktəblər bağlanıb.

AzNews.az BBC-yə istinadən xəbər verir ki, bu barədə qərar şəhər meri Bill de Blazio tərəfindən verilib.

"Qarlı və şaxtalı hava səbəbindən bu addımı atdıq. Daha kəskin hava şəraiti gözlənilir. 15 santimter hündürlükdə qar var. Yanvarın 5-ə proqnozlar bədbindir. Yəqin ki, bu gecə hava kəskin dəyişəcək", - mer belə deyib.

Sinoptiklərin proqnozlarına əsasən, bu gün güclü küləklə müşayiət olunan qar qasırğası gözlənilir. Kommunal xidmət 12 saatlıq iş rejiminə keçib. Küçələri təmizləmək üçün 700 maşın ayrılıb.