- Köhnə - Dünya
- 4 Yanvar 2018 11:30
- 3 518
İran ABŞ-dan BMT-yə şikayət etdi

İran daxili işlərinə qarışmaqda günahlandırdığı ABŞ barədə Birləşmiş Millətlər Təşkilatına şikayət edib.
AzNews.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı İranın BMT-də daimi təmsilçisi Qolamali Xoşru BMT Baş katibi Antonio Quterresə və BMT Təhlükəsizlik Şurasına məktub ünvanlayıb. Məktubda bildirilir:
"ABŞ hökuməti nümayişlərə dəstək vermə bəhanəsiylə anlamsız bir şəkildə İranın daxili işlərinə müdaxilə hərəkətlərini artırdı. ABŞ prezidenti Donald Tramp və prezident köməkçisi Mayk Pens çox sayda axmaq "tweet"ləri ilə iranlıları təhrikedici hərəkətlərə təşviq etdi".