Çeçenistanda səhra komandiri Xəttabın ölümünün sirri açılıb. Çeçenistanda səhra komandiri Xəttabın ölümünün sirri açılıb.

Məşhur səhra komandirinin ölüm səbəbi bilindi

Çeçenistanda səhra komandiri Xəttabın ölümünün sirri açılıb.

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, onun öldürülməsi ilə bağlı məxfi əməliyyatın sirri məlum olub.

15 il bundan əvvəl öldürülmüş Əmir ibn əl-Xəttab əslən Səudiyyə Ərəbistanından olub. O, ən ehtiyatlı səhra komandirlərindən hesab olunurdu. Kiçik mühafizəçilər qrupu ilə birgə dağlarda gizlənən komandir daim gecə qaldığı yeri dəyişirmiş. Heç vaxt mobil telefondan istifadə etmirmiş.

Ərəb dünyasından olan kuratorlarla məktub vasitəsilə əlaqə saxlayırmış. Sonda onun tutulması və həbs olunması üçün mükafat təyin edilib. Güman olunur ki, komandirin yeri barədə məktub aparıb gətirən kuryerlərdən biri məlumat verib.

2002-ci ildə kuryer hüquq-mühafizə orqanlarına Səudiyyə Ərəbistanından məktub aldığını bildirib. Moskvadan kimyaçı mütəxəssis həmin məktubun üzərində işləyərək üzərinə kəskin zəhərləyici xüsusiyyətə malik zəhər töküb. Xəttabın mühafizəçisi istintaq zamanı bildirib ki, komandir məktubu oxuduqdan sonra yandırıb. Zəhər 3 gündən sonra təsirini göstərməyə başlayıb və terrorçu 2002-ci il martın 20-də ölüb.