- Köhnə - Dünya
- 13 Yanvar 2018 09:28
- 3 609
Çexiya prezidentinə hücum edildi - Video

Çexiya Prezidenti Miloş Zeman "Femen" hərəkatının üzvü tərəfindən hücuma məruz qalıb.
AzNews.az xəbər verir ki, yarımçılpaq aktivist Anjelina Diaş Çexiya Prezidenti Miloş Zemanın prezident seçkilərində səs vermək üçün gəldiyi seçki məntəqəsində hücum edib.
Kadrlarda femen aktivistinin siyasətçini görərək əynindəki kurtkanı atdığını və kobud ifadələr işlətdiyi görünür. Prezidenti arxadan itələməyə çalışan aktivisti prezidentin cangüdənləri dayandırmağa müvəffəq olublar.
Qadın "Xuliqanlıq" maddəsi ilə cinayət törətməkdə ittiham olunaraq 48 saat saxlanılıb.(axar.az)