Türkiyə istehsalı olan "Ayla" filminin prodüseri Mustafa Uslu Oskar Akademiyasını məhkəməyə verəcək. Türkiyə istehsalı olan "Ayla" filminin prodüseri Mustafa Uslu Oskar Akademiyasını məhkəməyə verəcək.

"Ayla" filminin prodüseri Oskar Akademiyasını məhkəməyə verəcək

Türkiyə istehsalı olan "Ayla" filminin prodüseri Mustafa Uslu Oskar Akademiyasını məhkəməyə verəcək.

"Report" Türkiyə mediasına istinadən bildirir ki, bunu prodüserin özü deyib. M.Uslunun fikrincə, "Oskar" mükafatına namizəd göstərilən "Ayla" filmi Oskar Komitəsi tərəfindən lazımı qədər izləmədən qiymətləndirilib.

Prodüserin sözlərinə görə, məhkəmə işi ilə əlaqədar artıq ABŞ-ın tanınmış vəkillərindən biri ilə razılıq əldə edib: "Ayla" festivallarda 3 salonda eyni anda göstərilən filmdir. Siyasi bir oyuna qurban olduğumuzu düşünürəm. Oskar Komitəsi müharibələrdə valideynlərini itirən uşaqların taleyinə biganə qalmamlıdır".

Qeyd edək ki, “Ayla” filmi "Oskar" mükafatına namizəd seçilmişdi. Filmin rejissoru Can Ulkaydır. Ekran əsərində baş rollarda Çetin Tekindor, İsmayıl Hacıoğlu və Li Kunq Jinin çəkilib. Film Koreya müharibəsində baş verən dramatik bir hekayədən bəhs edir.

AzNews.az