- Köhnə - Dünya
- 27 Yanvar 2018 19:37
- 3 339
ABŞ müttəfiqini vurdu: 7 ölü, 11 yaralı

ABŞ-ın İraqın qərbindəki Enbar vilayətində İŞİD-ə qarşı təşkil etdiyi hava hücumunda aralarında təhlükəsizlik qüvvələrinin əməkdaşları da olmaqla 7 nəfər ölüb, 11 nəfər yaralanıb.
AzNews.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, İraq mətbuatında yer alan məlumatlara görə, ABŞ-a məxsus hərbi vertolyotlar Enbar vilayətinə bağlı Bağdadi nahiyəsində İŞİD mənsublarına qarşı hava hücumu təşkil edib. Nəticədə aralarında təhlükəsizlik qüvvələrinin də olduğu 7 nəfər ölüb, 11 nəfər yaralanıb.
Həmin bölgədə ABŞ qüvvələrinə aid "Eyn əl-əsəd" hərbi bazası yerləşir.