- Köhnə - Dünya
- 7 Mart 2013 21:46
- 1 221
Dünyanın ən balaca müəllimi - FOTO

Dünyanın ən balacaboy müəllimi Hindistanda yaşayır
ANS PRESS-in məlumatına görə, nadir genetik xəstəlikdən əziyyət çəkən oğlanın boyu 5 yaşından sonra artmayıb. İndi 22 yaşı olan Azad Sinqx qadınlar məktəbində informatika dərsi deyir. Onun boyu 90 sm, çəkisi isə 15 kq-dır. Azad öz paltarlarını uşaq mağazasından alır. Məktəbdə isə ona "Çotu" deyə müraciət edirlər. Bu, tərcümədə "balaca ser" deməkdir. Məktəbdə dərs demək üçün o, stulların üzərinə çıxır.
Azadın anası da onunla fəxr edir. İndi o, Hindistan üçün kifayət qədər prestijli sayıla biləcək maaş alır - 140 avro.
AzNews.az


