Böyük Britaniya hüquq-mühafizə orqanları tərəfindən 2017-ci il ərzində 412 nəfər terrorçuluq maddəsi ilə saxlanılıb. Böyük Britaniya hüquq-mühafizə orqanları tərəfindən 2017-ci il ərzində 412 nəfər terrorçuluq maddəsi ilə saxlanılıb.

Britaniyada terrora görə hələ bu qədər tutulan olmayıb

Böyük Britaniya hüquq-mühafizə orqanları tərəfindən 2017-ci il ərzində 412 nəfər terrorçuluq maddəsi ilə saxlanılıb.

Trend-in məlumatına görə, bu, 2016-cı ildəki göstəricidən 58 faiz çoxdur.

Belə ki, 2016-cı ildə 261 nəfər saxlanılıb.

2017-ci ildə saxlanılanlardan 135 nəfər barəsində həbs qətimkan tədbiri görülüb.

Terror ittihamı ilə bağlı həbslərin sayının artmasına səbəb 2017-ci ildə ölkədə 5 terror aktının törədilməsidir.

AzNews.az