- Köhnə - Dünya
- 10 Mart 2018 11:06
- 2 352
34 yaşlı kişi özünə od vurdu - İntihar
Ağcabədidə intihar olub.
APA-nın məlumatına görə, rayon sakini, 1984-cü il təvəllüdlü Bəhruz Süleyman oğlu İbrahimov yaşadığı evin yaxınlığında üzərinə neft məhsulu tökərək özünü yandırıb. Dərhal xəstəxanaya çatdırılan B. İbrahimovun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, B. İbrahimov uzun müddət imiş psixi xəstəlikdən əziyyət çəkirmiş.
Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
AzNews.az